Şəkidə 41 yaşlı qadın 36 ildir “ölübmüş” – Özünün xəbəri yoxdur

TOPLUM bölməsi

22:03 - 16 Mart 2023

 Şəkidə 41 yaşlı qadın 36 ildir “ölübmüş” – Özünün xəbəri yoxdur

Şəkidə qəribə hadisə baş verib.

Yenipress.az xəbər verir ki, 1982-ci il təvəllüdlü Müşfiqə İbrahimxəlilova sosial yardım almaq üçün müraciət edərkən, ona “çoxdan öldüyünü” bildiriblər.

Araşdırmalar zamanı məlum olub ki, doğulduğu Şirinbulaq kəndində bələdiyyə tərəfindən 5 yaşında olarkən ölmüş kimi qeydiyyata salınıb. Belə ki, əslində onun bacısı dünyasını dəyişib, sənədləşmədə isə onun öldüyü, ölən bacısının isə sağ olduğu rəsmiləşib.

Amma bu illər ərzində o dəfələrlə şəxsiyyət vəsiqəsini dəyişib, ailə qurub, nikah şəhadətnaməsi alıb, ona isə heç kim “öldüyünü” deməyib.

Hazırda M.İbrahimxəlilova məhkəməyə müraciət edib və sağ olduğunu “sübut etməyə” çalışır.

Yenipress.az

Xəbər xətti