Rusiya ABŞ-a yalvardı, rəsmi Vaşinqton isə… - Makqreqor

DÜNYA bölməsi

21:26 - 16 Mart 2023

 Rusiya ABŞ-a yalvardı, rəsmi Vaşinqton isə… - Makqreqor

Ruslar ukraynalıların yetişdirdiyi üç ayrı ordunu məhv ediblər.

Yenipress.az xəbər verir ki, bunu Pentaqonun keçmiş rəsmisi polkovnik Duqlas Makqreqor “Fox Nyus” telekanalına müsahibəsində deyib.

"Ukraynalılar təzyiq altındadır. Hətta "Vaşinqton Tayms" və "Nyu York Tayms" qəzetləri nəhayət həqiqəti yazmağa başlayırlar. Ukrayna Silahlı Qüvvələri dəhşətli itkilər verir. Rusiya ABŞ-a Ukraynanı NATO-ya daxil etməmək üçün yalvarıb, lakin Vaşinqton Moskvaya məhəl qoymayıb və Kreml öz milli maraqlarını qoruyacağını açıq şəkildə bəyan edib”, - Makqreqor bildirib.

O, ABŞ-ın Rusiya və Çinə qarşı müharibə ehtimalı ilə bağlı sualı da cavablandırıb:

“ABŞ Rusiya ilə müharibəyə tab gətirə bilməz, hətta Çin də bura daxil ola bilməz”.

Yenipress.az

Xəbər xətti