İsveç İran səfirini XİN-ə çağırdı

DÜNYA bölməsi

19:29 - 16 Mart 2023

 İsveç İran səfirini XİN-ə çağırdı

İsveç Xarici İşlər Nazirliyi İranın ölkəsindəki səfirini çağırıb.

Yenipress.az xəbər verir ki, bu barədə İsveç hökumətinin rəsmi saytında məlumat yayılıb.

Məlumata görə, çağırış zamanı İran məhkəməsinin ikili vətəndaşlığı olan Həbib Əsyud (Fərəcullah Çaab) barədə edam hökmü çıxarmasına etiraz edilib.

Qeyd edək ki, Həbib Əsyud 2020-ci ilin noyabr ayında Türkiyəyə səfəri zamanı İran təhlükəsizlik məmurları tərəfindən oğurlanaraq İrana aparılıb.

Xəbər xətti