Le Pen Fransanın baş nazirini istefaya çağırdı

DÜNYA bölməsi

19:22 - 16 Mart 2023

 Le Pen Fransanın baş nazirini istefaya çağırdı

Fransanın Baş naziri Elizabet Born istefa verməlidir.

Yenipress.az xəbər verir ki, bu tələblə Fransanın Milli Birlik Partiyasının sədri Marin Le Pen çıxış edib.

Le Pen pensiya islahatları ilə bağlı qərarı “demokratiya qarşısında şillə” adlandırıb.

“Hakimiyyətin qərarı ölkədə etiraz əhval-ruhiyyəsinin artmasına səbəb olacaq. Onun parlamentdən yan keçərək qəbul edilməsi qanunu daha da qeyri-legitim edir”.

Qeyd edək ki, E.Born bundan öncə hökumətin parlamentdə səs vermədən pensiya yaşını 62-dən 64-ə yüksəldilməsində məsuliyyət daşıdığını və qanunlar təqdim etdiyini açıqlamışdı.

Xəbər xətti