Ermənistan Rusiya rublunu problem sayır

DÜNYA bölməsi

16:24 - 16 Mart 2023

 Ermənistan Rusiya rublunu problem sayır

Qərbin Rusiyaya qarşı sanksiyaları Ermənistandan mal tədarükünün artması ilə nəticələndi. Hazırda Rusiya və Ermənistan dollar, eləcə də avro ilə qarşılıqlı hesablaşmaları tamamilə dayandırıb.

Yenipress.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan deyib.

O bildirib ki, ödəniş üçün valyuta seçimi hazırkı şəraitdə ticarət tərəfdaşları üçün böyük problemə çevrilib:

“Məsələ burasındadır ki, hazırda rus rublu dollar və avro qarşısında çox dəyişkəndir. Ona görə də uzunmüddətli müqavilələr bağlamaq üçün Ermənistan dramına daha çox üstünlük verilir. Amma Ermənistan valyutasının da ikitərəfli ticarətdə istifadə potensialı məhduddur”.

Yenipress.az

Xəbər xətti