İranlı qadın həbsdən çıxdı, dərhal da həbs edildi

DÜNYA bölməsi

14:18 - 16 Mart 2023

 İranlı qadın həbsdən çıxdı, dərhal da həbs edildi

İranlı siyasi məhbus Sepidə Qələyan Tehranın Evin həbsxanasından buraxıldıqdan bir neçə saat sonra yenidən saxlanılıb.

Yenipress.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

O, həbsxanadan çıxdıqdan sonra küçədə Əli Xamenei əleyhinə şüarlar səsləndirib, onun devriləcəyini bildirib.

Məlumatda siyasi məhbusun bu hərəkətini videoya çəkənlərin də həbs edildiyi qeyd edilir.

Yenipress.az

Xəbər xətti