İran gənc və yeniyetmələrə dəhşətli işgəncələr verir

DÜNYA bölməsi

13:17 - 16 Mart 2023

 İran gənc və yeniyetmələrə dəhşətli işgəncələr verir

İran hökuməti nümayişləri yatırmaq və etirazçıları susdurmaq üçün gənc və yeniyetmələrə qarşı dəhşətli işgəncə növlərinə, hətta cinsi zorakılığa əl atıb.

Yenipress.az xəbər verir ki, bu barədə Beynəlxalq Əfv Təşkilatının hesabatında bildirilib.

“İranda uşaqlara və yeniyetmələrə qarşı bu cür zorakılığın tətbiqi gəncləri sıxışdırmaq və bu ölkədə azadlıq, insan haqları tələbinin qarşısını almaq üçün qəsdən həyata keçirilən strategiyadır”, - hesabatda qeyd edilib.

Beynəlxalq Əfv Təşkilatının Almaniya üzrə nümayəndəsi və İran məsələləri üzrə eksperti Diter Karq bütün ölkələri, o cümlədən Almaniyanı İran hakimiyyətini bu cinayətlərə görə məsuliyyətə cəlb etmək üçün ciddi tədbirlər görməyə çağırıb.

Yenipress.az

Xəbər xətti