Alimlərin maaşı bu şərtlə arta bilər - Nazir

TOPLUM bölməsi

13:03 - 16 Mart 2023

 Alimlərin maaşı bu şərtlə arta bilər - Nazir

Alimlərin maaşının artması üçün ölçülə bilən nəticələr olmalıdır.

Yenipress.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.

O bildirib ki, hər il dövlət müəssisələrində çalışanların maaşları 10-15 faiz artır:

"Lakin bunun daha çox artması üçün dediyim kimi ölçülə bilən nəticələr olmalıdır. Ali məktəblərin elmi tədqiqat universitetləri ilə əməkdaşlığına gəlincə, bayramdan sonra bu istiqamətdə geniş iclas keçirəcəyik. Maliyyələşmə ortada hansısa bir iş olmasına görə həyata keçiriləcək. Məsələn, ortaq magistr proqramı buna aid ola bilər".

Xəbər xətti


Digər xəbərlər