Annanın dünən vəzifəyə təyin olunan qohumunu “Pərvanə” restoranında döydülər

DÜNYA bölməsi

12:30 - 16 Mart 2023

 Annanın dünən vəzifəyə təyin olunan qohumunu “Pərvanə” restoranında döydülər

Dünən Gümrüdəki “Pərvanə” restoranında hakim “Mülki Müqavilə” partiyasının nümayəndələrinin ziyafətə qatıldığı zaman insident baş verib.

Bu barədə Aravot.am məlumat yayıb.

Burada Gümrü şəhərinin birinci vitse-meri Artur Papikyanın köməkçisi Narek Beqzadyanın ad günü, baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın qohumu, 28 yaşlı stomatoloq Vaaqn Mkrtçyanın Gümrü şəhərinin vitse-meri vəzifəsinə təyin olunması qeyd edilib.

Nəşrin yazdığına görə, əvvəlcə parlament nümayəndələri arasında mübahisə və əlbəyaxa dava düşüb. Restoran rəhbərliyi məsələyə müdaxilə etməyə çalışıb, lakin onunla da mübahisə yaşanıb. Əlbəyaxa dava zamanı Akopyanın qohumunun döyüldüyü bildirilir.

Xəbər xətti