Urmiya-Salmas yolunun Quşçu gədiyində ağır yol qəzası nəticəsində 3 nəfər həyatını itirib.
Yenipress.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan əyalətininYol Polisi İdarəsinin rəisi polkovnik Rza Pənahi məlumat verib.
Hadisə sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində baş verib.