Kiyev F-16 almaq üçün Vaşinqtona heyət göndərir

DÜNYA bölməsi

11:25 - 16 Mart 2023

 Kiyev F-16 almaq üçün Vaşinqtona heyət göndərir

Ruslan Stefançukun başçılıq etdiyi Ali Radanın nümayəndə heyəti F-16 döyüş təyyarələrinin Ukraynaya təhvil verilməsi üçün  ABŞ-a səfər etməyi planlaşdırır.

Yenipress.az xəbər verir ki, bunu Ukraynanın “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya deyib.

“Biz ABŞ Konqresi ilə çox işləyirik, çünki hazırda Amerika prezidentinin administrasiyasına nəhayət Ukraynanı F-16 qırıcıları ilə təmin etmək üçün ikitərəfli təzyiqlər var. Artıq dünən hər iki partiyanın bir qrup senatoru müvafiq bəyanatla çıxış edib. Yaxın gələcəkdə bu təzyiq ssenarisini tamamlamaq və döyüş təyyarələri üçün həm Pentaqondan, həm də Dövlət Departamentindən icazə almaq məqsədilə parlament nümayəndə heyətimizin Vaşinqtona səfərini planlaşdırırıq. İndi görürük ki, sonunda bu qərar veriləcək. Gələcəkdə həm də logistika və infrastruktur, pilotlarımızın hazırlanması məsələsi həll olunacaq”, - o bildirib.

Yenipress.az

Xəbər xətti