Rəqqasə Fatimənin köməkçisini maşın vurdu - Vəziyyəti ağırdır

MAQAZİN bölməsi

10:30 - 16 Mart 2023

 Rəqqasə Fatimənin köməkçisini maşın vurdu - Vəziyyəti ağırdır

Bakının Binəqədi rayonunda yol-nəqliyyayı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Yenipress.az APA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Bayramzadə Aytac Xalis qızı Kratos restoranından çıxaraq əks tərəfə keçmək istəyərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, A.Bayramzadə rəqqasə Fatimənin köməkçisidir.

Xəbər xətti


Digər xəbərlər