Paşinyandan şok: “Qarabağ Respublikası” ifadəsini qadağan etdi

SİYASƏT bölməsi

10:06 - 16 Mart 2023

 Paşinyandan şok: “Qarabağ Respublikası” ifadəsini qadağan etdi

Ermənistan Qarabağdan imtina ilə bağlı daha bir addıma hazırlaşır.

Yenipress.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı erməni mediası yayıb.

Bildirilib ki, Ermənistan müdafiə naziri Suren Papikyan dünən Müdafiə Nazirliyinin bölmələrinə “qarabağ respublikası” ifadəsindən istifadəni qadağan edib.

Papikyanın hərbi hissələrə göndərdiyi yazılı əmrdə bu sözlərə yer verilib:

“Dərhal leksikondan “qarabağ respublikası” ifadəsi yığışdırılsın. Onun yerinə “Dağlıq Qarabağ” söz birləşməsi istifadə edilsin”.

Bununla belə, qəzet Papikyanın əmrinin zabitlər arasında narazılıq yaratdığını, amma onların səssizliklərini qoruduqlarını yazıb.

Qeyd edək ki, Azərbaycanın Xankəndi şəhərindəki separatçı rejim özünü “respublika” kimi təqdim edir. Zaman-zaman Ermənistan hökuməti də bənzər ifadələrlə çıxış edib.

Rəsmi Bakı isə ərazisində belə bir oyuncaq “dövlət”in yaradılmasına heç vaxt icazə verməyəcəyini bəyan edib. Həmçinin bildirib ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur.

Xəbər xətti