Qara danizdəki insident “müharibə aktı” ola bilərmi? - Milli

DÜNYA bölməsi

23:59 - 15 Mart 2023

 Qara danizdəki insident “müharibə aktı” ola bilərmi? - Milli

ABŞ Rusiya ilə münaqişə axtarmır.

Yenipress.az xəbər verir ki, bunu Pentaqonun Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Millli Qara dəniz üzərində PUA ilə bağlı insidentin “müharibə aktı” olub-olmaması sualına cavab verərkən deyib.

Milli əlavə edib ki, bu hadisəni araşdırıb, davam etdirməyin lazım olduğunu düşünmür.

Qeyd edək ki, ötən gün Qara dənizdə Rusiya qırıcısı ABŞ PUA-sına çırpılıb. Nəticədə PUA dənizə düşüb.

ABŞ Rusiya qırıcısının qəsdən PUA-ya çırpıldığını bildirsə də, Rusiya PUA-nın sadəcə idarəetməni itirərək, qəzaya uğradığını, qırıcının isə PUA-nın kəşfiyyat məlumatı toplamasına görə ona yaxınlaşdığını açıqlayıb.

Xatırladaq ki, incident Krım yarımadasının 60 km-də baş verib.

Yenipress.az

Xəbər xətti