Annanın 28 yaşlı qohumuna yüksək vəzifə verildi

DÜNYA bölməsi

23:50 - 15 Mart 2023

 Annanın 28 yaşlı qohumuna yüksək vəzifə verildi

Ermənistan Baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyanın qohumuna yüksək vəzifə verilib.

Yenipress.az xəbər verir ki, Gümrünün Ağsaqqallar Şurasının hakim “Mülki müqavilə” partiyasından olan üzvü Vaaqn Mkrtçyan şəhər merinin müavini seçilib.

Onun namizədliyini “Mülki müqavilə” və “Balasanyan” blokları dəstəkləyib.

Bildirilib ki, Mkrtçyan Anna Akopyanın xalası nəvəsidir. Onun 28 yaşı var və Tibb Universitetini bitirib.

Yenipress.az

Xəbər xətti