Rüfət Səfərova hücum edildi, işə Bakı polisi qarışdı

KRİMİNAL bölməsi

23:02 - 15 Mart 2023

 Rüfət Səfərova hücum edildi, işə Bakı polisi qarışdı

"Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi Rüfət Səfərova hücum edilib.

Yenipress.az xəbər verir ki, bu barədə o özü sosial şəbəkədə məlumat verib.

O iddia edib ki, avtomobilə əyləşdiyi zaman naməlum şəxs hücum edib və ona kəllə ilə zərbə endirib.

Bildirilir ki, R.Səfərov Binəqədi RPİ-nin 5-ci bölməsinə müraciət edib. Bakı ŞBPİ-nin əməliyyatçıları da 5-ci Polis Bölməsinə araşdırma üçün gəlirlər.

DİN-dən hadisənin araşdırılacağı qeyd edilib.

Yenipress.az

Xəbər xətti