“Dinamo”nun əfsanəvi hücumçusu “Çelsi”nin oyunçusunu tənqid etdi

İDMAN bölməsi

20:58 - 15 Mart 2023

 “Dinamo”nun əfsanəvi hücumçusu “Çelsi”nin oyunçusunu tənqid etdi

Kiyev “Dinamo”sunun əfsanəvi keçmiş hücumçusu Viktor Leonenko “Çelsi” klubunda oynayan ukraynalı futbolçu Mixail Mudriki tənqid edib.

Yenipress.az xəbər verir ki, o bununla bağlı Teleqram hesabında paylaşım edib.

Leonenkonun sözlərinə görə, Ukrayna millisinin 22 yaşlı futbolçusunun hərəkətləri sözləri uzlaşmır.

“Dostlar, mən Mixail Mudrikin müsahibəsini oxudum. Bu oğlan hər gün ölkəmiz haqqında düşünür. Xaricdə yaşayan insanların Ukrayna üçün narahat olması çox xoşuma gəlir. “Şaxtyor”da qalmaq, mümkünsə, avrokuboklarda ona kömək etmək və artıq xaricdə hansısa kluba getməyə hazırlaşmaq asan olmayacaq. Hər şey sadədir: bəyənmə toplayırıq, ya izləyici cəlb edirik?”

Yenipress.az

Xəbər xətti