Azərbaycan bundan istifadə edəcək - Balasanyan

SİYASƏT bölməsi

11:54 - 15 Mart 2023

 Azərbaycan bundan istifadə edəcək - Balasanyan

Paşinyanın KTMT-nin ölkəmizi tərk etməsi, Ermənistanın eskalasiya ərəfəsində olması, Azərbaycanın müharibəyə hazırlaşması ilə bağlı bəyanatları təhlükəli nəticələrə gətirib çıxara bilər.

Yenipress.az xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə erməni ekspert Qriqor Balasanyan deyib.

“İndi müttəfiqi dəyişmək üçün doğru zaman deyil. Əminəm ki, bu gün problemlər bir kənara qoyulmalı və müttəfiqimizlə münasibətlərdə “qızıl orta” tapılmalıdır. AB bizim üçün sadəcə tərəfdaşdır, başqa heç nə yoxdur. Rusiya ilə Qərb arasında mövcud qarşıdurma fonunda Moskvanın düşmənlərilə İrəvana hərbi-siyasi yardım göstərilməsilə bağlı danışıqlar aparmaq, ilk növbədə müttəfiqlə münasibətlərimizə xələl gətirəcək, bundan Azərbaycan və Türkiyə yararlanacaq. Bunu başa düşüb və bu məntiqlə yola davam etmək lazımdır” , - o bildirib.

Balasanyan Ermənistan rəhbərliyini fövqəldövlətlərin geosiyasi ziddiyyətləri ilə oynamaq cəhdlərindən çəkinməyə çağırıb:

“Çünki bu, yaxşı heç nəyə gətirib çıxarmayacaq. Bu yolda gedən kiçik ölkələr adətən büdrəyir, bu isə bütün xalq üçün ölümcül nəticələrə səbəb olur”.

Yenipress.az

Xəbər xətti