Simonyan: Paşinyandan iyrənirəm

DÜNYA bölməsi

10:37 - 15 Mart 2023

 Simonyan: Paşinyandan iyrənirəm

Hazırkı iqtidarın hakimiyyəti dövründə Ermənistana səfər etmək niyyətində deyiləm.

Yenipress.az xəbər verir ki, bunu “Rossiya Seqodnya” media qrupunun və RT kanalının baş redaktoru Marqarita Simonyan Paşinyanın "arzuolunmaz şəxslər"lə bağlı sözlərinə reaksiya verərkən deyib.

“Mən heç vaxt heç bir dəhlizlə bağlı heç nə deməmişəm, amma Paşinyan haqqında şəxsən demişəm və deyəcəm də. O, erməni xalqına qarşı satqınlıq edib, ölkəni satıb, sata biləcəyi bütün erməni maraqlarını satıb. Paşinyan Rusiyaya nifrət edir və Putini aldadır”, - Simonyan bildirib.

Simonyan iddia edib ki, bu sözlərinə görə onu Ermənistana buraxmayıblar:

“Qadağa məni çox da narahat etmir.  Onsuz da Ermənistana getmirdim. İndiki hökumət dövründə heç bir halda Ermənistana getməzdim. Amma mənim girişimə icazə verilmədiyinə dair ifadə utancvericidir. Hörmətsizliyə görə məni ölkəyə buraxmırlar. Onu deyim ki, hörmətsizliyi hələ qazanmaq lazımdır. Beləliklə, sözünüzü düzəldin. Marqarita Simonyanın Ermənistana girişi indiki hakimiyyətdən iyrəndiyi üçün qadağan edilib”.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan dünənki mətbuat konfransında bəyan edib ki, ölkəyə girişinə qadağa qoyulan şəxslər Ermənistanı dəhliz açmağa çağırış edir və İrəvanın bu dəhlizi təmin etməli olduğunu bildirir.

Yenipress.az

Xəbər xətti