Rus əsgərlər 4 yaşlı qızı və anasını zorladılar - Ukraynadan şok

DÜNYA bölməsi

14:11 - 14 Mart 2023

 Rus əsgərlər 4 yaşlı qızı və anasını zorladılar - Ukraynadan şok

Ukrayna Samara qarnizonunun iki rus syayperini evə basqın edərək dörd yaşlı qıza cinsi təcavüz etməkdə, atanı metal qazanla döyüb, sonra diz çökməyə məcbur etməkdə, həmçinin onun həyat yoldaşını qrup şəklində zorlamaqda ittiham edib.

Yenipress.az “Röyters”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun Müharibə Cinayətləri İdarəsi tərəfindən tərtib edilən sənəddə göstərilib.

Sənədə görə, insidentlər 2022-ci ilin martında paytaxt Kiyev yaxınlığındakı Brovarı rayonundakı 4 evdə baş verib.

Prokurorluq 2022-ci ilin fevralın 24-də rəsmi Moskvanın Kiyevi ələ keçirmək üçün uğursuz cəhdindən bir neçə gün sonra əsgərlərin Brovarıya daxil olduğunu, ərazini qarət etdiyini və cinsi zorakılıqla əhaliyə qarşı terror həyata keçirmək üçün qəsdən taktika kimi istifadə etdiklərini bildirib. Sərxoş olduğu qeyd olunan əsgərlərin 32 və 28 yaşlarında olan snayperlər olduğu, Rusiyaya qayıdarkən birinci əsgərin həlak olduğu bildirilib.

Sənədlərdə əsgərlərin daha sonra qonşuluqdakı yaşlı ər-arvadın evinə girərək onları döydüyü, 41 yaşlı hamilə qadına və 17 yaşlı qıza təcavüz etdikləri də göstərilib.

Prokurorluq bu əməllərin bir neçə evdə təkrarlandığını vurğulayıb.

Bildirilir ki, bütün qurbanlar sağ qalıb, onlara psixoloji və tibbi yardım göstərilib.

Prokurorların sözlərinə görə, Brovari hücumlarında yüksək vəzifəli məmurların mümkün rolu ilə bağlı ibtidai istintaq davam edir.

Ukrayna Baş Prokurorluğu Rusiyanın sərhədə on minlərlə hərbçi göndərməsindən sonra daxil olan 71 mindən çox hərbi cinayətlə bağlı məlumatı araşdırdığını bildirib.

“Şübhəlilərin tapılması və cəzalandırılması ehtimalı azdır. Mühakimələr əsasən qiyabi aparılacaq, lakin Beynəlxalq Cinayət Məhkəməsi də daxil olmaqla müharibə cinayətlərinin təqibi üçün beynəlxalq səylər də var”, - Ukrayna prokuorluğu qeyd edib.

Şübhəlilərin Moskva tərəfindən təslim olma ehtimalı az olsa da, qiyabi məhkum edilən hər kəs beynəlxalq müşahidə siyahısına salına bilər ki, bu da səyahəti çətinləşdirəcək.

Rusiya Müdafiə Nazirliyi məsələyə münasibət bildirməyib.

Ukraynada Qərbin dəstəklədiyi “neonasistlərə” qarşı mübarizə apardığını deyən prezident Vladimir Putin hökuməti isə vəhşilik iddialarını dəfələrlə rədd edib.

Asena

Xəbər xətti