Artıq çəkili insanlar daha dözümlüdür – Kardioloq

SAĞLIQ bölməsi

12:41 - 14 Mart 2023

 Artıq çəkili insanlar daha dözümlüdür – Kardioloq

Artıq çəkili insanlar xərçəng müalicəsi zamanı normal çəkisi olan insanlarla müqayisədə kimyaterapiya zamanı daha dözümlüdürlər.

Yenipress.az xarici mediaya istinadla xəbər verir ki, bunu kardioloq,  “Ürək, döyün!” kitabının müəllifi Olqa Savonina deyib.

“Belə xəstələrdə çox miqdarda piy toxuması olduğu üçün kimyaterapiya müalicələri zamanı yan təsirlərin olma ehtimalı az olur”, - kardioloq bildirib.

Mütəxəssis eyni zamanda bədən quruluşundan asılı olmayaraq bütün insanların eyni xəstəliklərdən əziyyət çəkdiyini vurğulayıb.

“Artıq çəkisi olan insanlarda iştah hormonu olan qrelinin miqdarı artır ki, bu da ürək əzələsinin (miokard) yığılma qabiliyyətini yaxşılaşdırır, həmçinin ürək çatışmazlığının inkişafının qarşısını alır. Biz piylənmənin faydalarından danışmırıq. Böyük bədən çəkisi həmişə çox miqdarda yağ toxumasının göstəricisi deyil”.

Yenipress.az

Xəbər xətti