Manaf Ağayev oğlunun həbsindən danışdı

MAQAZİN bölməsi

09:49 - 14 Mart 2023

 Manaf Ağayev oğlunun həbsindən danışdı

Xəbər verdiyimiz kimi, müğənni Manaf Ağayevin oğlu Müşviq Ağayev idarəetməsində olan retro avtomobillə Bayraq Meydanının yaxınlığında yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.  

Yenipress.az xəbər verir ki, sənətçi Bizim.media-ya açıqlamasında məlumatı təsdiqləyib.

"Oğlumla bağlı yazılanlar doğru xəbərlərdir. O, həqiqətən də sükan arxasında içkili vəziyyətdə olub. Qanunları pozduğuna görə də həbs olunub. Qanun qarşısında hamı bərabərdir. Başqa heç bir şey demək istəmirəm". 

Qeyd edək ki, Manaf Ağayevin oğlu Müfiq barəsində 5 sutkalıq həbs-qətimkan tədbiri seçilib.

Xəbər xətti