İdmançımız Misirdə qızıl medal qazandı

İDMAN bölməsi

21:35 - 13 Mart 2023

 İdmançımız Misirdə qızıl medal qazandı

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) paracüdo üzrə milli komandasının üzvü Namiq Abaslı Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran-Pri turnirində qızıl medal qazanıb.

Yenipress.az AMPK-ya istinadla xəbər verir ki, turnirdə 73 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda rəqibini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Martın 16-dək davam edəcək turnir “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.

Qeyd edək ki, yarışdan əvvəl Beynəlxalq Paralimpiya Komitəsinin qaydalarına uyğun olaraq idmançılar üçün göz tibbi təsnifat keçirilib. Tibbi təsnifatdan uğurla keçmiş idmançılar yarışda iştirak hüququ əldə ediblər.

Xəbər xətti