Nazir sürücülərin etirazına görə heç kimi işdən çıxarmayıb - Rəsmi

TOPLUM bölməsi

14:33 - 17 Fevral 2022

 Nazir sürücülərin etirazına görə heç kimi işdən çıxarmayıb - Rəsmi

13:11

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) bəzi KİV-lərdə DANX-ın daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Əliyevin işdən çıxarılmasını təkzib edib.

Yenipress.az xəbər verir ki, bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

"Bu gün Bakıda bir qrup yük avtomobili sürücüsünün etiraz olaraq yolu bağlaması ilə əlaqədar bəzi KİV-lərdə dərc olunmuş DANX-ın İdarə Heyətinin sədri Anar Rzayevin rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tərəfindən xəbərdarlıq alması və qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Əliyevin vəzifəsindən uzaqlaşdırılması xəbəri həqiqəti əks etdirmir. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən işdən heç kim çıxarılmayıb", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Bakıda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə etiraz əlaməti olaraq yolu bağlayan TIR sürücüsü Rəmiş Cəfərov həbs olunub.

Xəbər xətti