Futbolçu taksi sürərkən hücuma məruz qaldı - Öldürüldü

İDMAN bölməsi

12:54 - 17 Fevral 2022

 Futbolçu taksi sürərkən hücuma məruz qaldı - Öldürüldü

Zimbabve millisinin keçmiş futbolçusu Çarlz Yohane avtomobil oğruları tərəfindən öldürülüb.

Yenipress.az xəbər verir ki, taksi sürücülüyü ilə məşğul olan 48 yaşlı Yohane sükan arxasında hücuma məruz qalıb.

Silahlı hücumdan sonra yaralanan Yohane dünyasını dəyişib.

Qeyd edək ki, Cənubi Afrikanın aparıcı komandalarından olan Bidvest Uits-də 9 mövsüm keçirib. O, klubun formasını tarixdə ən çox geyinən futbolçu olub.

Aytəkin Qardaşova

Xəbər xətti