Bilmirsiniz ki, mən özüm lənkəranlıyam? - Mahsun Kırmızıgül

MAQAZİN bölməsi

11:31 - 13 Mart 2023

 Bilmirsiniz ki, mən özüm lənkəranlıyam? - Mahsun Kırmızıgül

Mahsun Kırmızıgülün Bakı konserti maraqlı anlara səhnə olub.

Yenipress.az Publika.az-a istinadla xəbər verir ki, öncə bütün zalı Türkiyədə zəlzələdə həyatını itirən şəxsləri anmaq üçün bir dəqiqəlik sayğı duruşuna səsləyib. Bu zaman zalda olan hər kəs ayağa qalxaraq bir dəqiqəlik sükut edib.

Daha sonra sənətçi sevilən hitlərini səsləndirməyə, mahnıları ilə bağlı hekayələr danışmağa başlayıb.

Konsertin irəliləyən dəqiqələrdə sevənlərindən biri Mahsuna onun portretini təqdim edib. Lakin portreti çəkən şəxsin fiziki məhdudiyyətli olduğunu bildirərək, onun səhnəyə gələ bilməyəcəyini deyib. Bu zaman Kırmızıgül özü həmin şəxsə yaxınlaşıb. Onunla şəkil çəkdirdikdən sonra zalı gəzmək fikrinə düşən sənətçiyə mühafizəçilər yoldaşlıq etsə də, Mahsun “Mənə burada heç nə olmaz. Bilmirsiniz ki, mən özüm lənkəranlıyam?”, - deyə, bildirib.

Kırmızıgülün Lənkəran adını çəkməsi isə uzun illərdir əslən Lənkərandan olan azərbaycanlı iş adamı Mübariz Mənsimovla dostluq etməsi olub. Azərbaycanlıları və Azərbaycanı çox sevdiyini dilə gətirən Mahsun Mübariz Mənsimovla yaxın dost olmasını da vurğulayıb.

Tamaşaçılarla sıx təmasda olan Kırmızıgül səhnədə onların hədiyyələrini qəbul edib, fotolar çəkdirib.

Mahsun bildirib ki, gələn dəfə Bakı Konqress Mərkəzində yox, daha çox tamaşaçı olması üçün “Crystall Hall”da konsert verəcək.

Qeyd edək ki, “Anadolu Events”in təşkil etdiyi tədbirdə 3000-dən çox tamaşaçı iştirak edib.

Müğənni tədbirdən əldə edilən bütün gəliri Türkiyədə zəlzələdən əziyyət çəkənlər üçün bağışlayacaq.

Xəbər xətti


Digər xəbərlər