“Oskar" mükafatçıları açıqlandı: Ən yaxşı film...

MAQAZİN bölməsi

10:57 - 13 Mart 2023

 “Oskar

ABŞ-ın Los-Anceles şəhərində 95-ci "Oskar" mükafatlandırma mərasimi keçirilib.

Yenipress.az xəbər verir ki, bu barədə İnterfax məlumat yayıb.

Məlumata görə, ən yaxşı film "Hər şey hər yerdə və dərhal" filmi olub. Ən yaxşı rejissor adını həmin filmin rejissorları olan Den Kvan və Daniel Şeynert qazanıb.

Daniel Roerin rejissoru olduğu “Navalnı” filmi "Ən yaxşı sənədli film" nominasiyasında "Oskar"a layiq görülüb .

Alman rejissoru Edvard Bergerin rejissorluğu ilə çəkilmiş “Qərb cəbhəsində dəyişiklik yoxdur” döyüş dramı ən yaxşı xarici film seçilib.

Ceyms Kemeronun “Avatar: Su yolu” (2022) filmi "ən yaxşı vizual effektlər" üzrə mükafat qazanıb.

"Hər şey hər yerdə və dərhal" filmindəki camaşırxana roluna görə "ən yaxşı aktrisa" mükafatını Mişel Yeoh, "ən yaxşı aktyor" mükafatını isə Amerika aktyoru Brendan Freyzer "Balina" (The Whale) filmindəki roluna görə layiq görülüb.

Yenipress.az

Xəbər xətti