Bakının mərkəzində atışma: yaralıların adı açıqlandı - Yeniləndi

KRİMİNAL bölməsi

15:26 - 10 Mart 2023

 Bakının mərkəzində atışma: yaralıların adı açıqlandı - Yeniləndi

14:49

Bakının Nəsimi rayonunda atışma olub, 3 nəfər güllələnib.

Yenipress.az xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.

Məlumat DİN tərəfindən təsdiqlənib. Bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır:

“Yaxın vaxtlarda ictimaiyyətə əlavə məlumat veriləcək”.

***

Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədirlər.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

“İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir. Rəsmi qurumun açıqlamasını gözləmək xahiş olunur”, məlumatda deyilir.

***

Araşdırmalarla məlum olub ki, hadisədə 2 nəfər xəsarət alıb.

Bu barədə APA-ya DİN-dən bildirilib. Xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıb.

Xəbər xətti