Bakıda qadın gecə klubunda bıçaqlandı

KRİMİNAL bölməsi

09:59 - 10 Mart 2023

 Bakıda qadın gecə klubunda bıçaqlandı

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Yenipress.az APA-ya istinadən xəbər verir ki, hadisə Qış parkının yaxınlığında yerləşən klubların birində qeydə alınıb.

Klubda müştəri olan 1987-ci il təvəllüdlü Əliyeva Saina Vəkil qızı tanışı tərəfindən bıçaqlanıb. O, bədənin çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti