Avropa bazarında qazın min kubmetrinin qiyməti 520 dollara qalxıb.
Yenipress.az xəbər verir ki, bu barədə “ICE birja”sının təhlillərində məlumat verilir.
Bildirilir ki, əvvəl qazın qiyməti min kubmetr üçün 450 dollara düşsə də, sonra 12,6% bahalaşıb.
Qeyd edək ki, Avropa bazarında qazın qiymətləri həm cari tələb, həm də siyasi və iqtisadi amillərin kombinasiyası ilə müəyyən edilir. Ukraynadakı xüsusi əməliyyat və Avropadakı enerji böhranı qazın qiymətinə təsir edən mühüm amillərdir.