Tiktokda içki trendi: Tələbələr zəhərləndi - Təhlükə

MAQAZİN bölməsi

16:12 - 6 Mart 2023

 Tiktokda içki trendi: Tələbələr zəhərləndi - Təhlükə

ABŞ-ın Boston şəhərində yerləşən Massaçusets Universitetində (UMass) tələbələr zəhərlənib.

Yenipress.az Bakupost.az-a istinadən xəbər verir ki, buna səbəb Tiktoktda meydana gələn “TikTok BORG” trendi olub.

Tələbələr trendə görə həddindən artıq spirtli içki qəbul edib.

UMass rəsmiləri hadisə yerinə 28 təcili yardım maşınının göndərildiyini bildirib.

Zəhərlənən tələbələrin həyati təhlükəsinin olmadığını bildirən səlahiyyətlilər, hadisənin ciddiliyi ilə əlaqədar rayondakı bir çox dövlət qurumlarının səfərbər edildiyini qeyd edib.

Yerli polis hadisə ilə bağlı iki nəfərin saxlanıldığını bildirib.

Qeyd edək ki, son zamanlar ABŞ universitetlərində gündəmə gələn “TikTok BORG” trendi, Çin sosial media platformasında zərəri azaldılmış içmə üsulu vəd edən yeni trenddir. Su, araq, kafeinli dadlaşdırıcı və elektrolitlərlə hazırlanmış spirtli içkidir.

Xəbər xətti