Rəşad Dağlının məhkəməsi keçirildi, qərar verildi

KRİMİNAL bölməsi

13:10 - 4 Mart 2023

 Rəşad Dağlının məhkəməsi keçirildi, qərar verildi

11:49

Qətl törətməkdə təqsirləndirilən Rəşad Əmirov (Rəşad Dağlı) Qaradağ rayon məhkəməsinə gətirilib.

Yenipress.az Report-a istinadən xəbər verir ki, prosesə hakim Günay Həşimova sədrlik edir.

Bu gün məhkəmə meyxanaçının barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərar verəcək.

***

Qətl törətməkdə təqsirləndirilən Rəşad Əmirovun (Rəşad Dağlı) məhkəməsi başlayıb.

Proses Qaradağ Rayon Məhkəməsində hakim Günay Həşimovanın sədrliyi ilə keçirilir.

***

 

Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay müddətinə uzadılıb.

Bu barədə meyxanaçının vəkili Elvin Əliyev məlumat verib.

Onun sözlərinə görə, bu gün Qaradağ Rayon Məhkəməsinin hakimi Günay Həşimovanın sədrliyi ilə keçirilən prosesdə R.Dağlının həbs müddətinin uzadılması barədə qərar qəbul edilib.

Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

Xəbər xətti