“Zərda” serialının çəkildiyi malikanə zəlzələdə dağıldı - Foto

MAQAZİN bölməsi

11:08 - 4 Mart 2023

 “Zərda” serialının çəkildiyi malikanə zəlzələdə dağıldı - Foto

Bir zamanlar izlənmə rekordu qıran “Zərda” serialının çəkildiyi “Hurşit Ağa” malikanəsi Kahramanmaraş zəlzələsində dağılıb.

Yenipress.az Bakupost.az-a istinadən xəbər verir ki, 3 hissədən ibarət olan malikənin 1 hissəsi ağır zədələnib.

Həmin malikanə tarixi və bağçası ilə bölgənin mühim turizm mərkəzləri arasında olub.

Qeyd edək ki, sözügedən evdə 2002-2004-cü illərdə baş rolda Ece Uslu və Yavuz Bingöl olan “Zərda” serialı çəkilib.

Bu malikanə “Zərda” serialı ilə yanaşı bir sıra filmə də ev sahibliyi edib.

Xəbər xətti