Putinə qarşı rus ordusu da dirəniş göstərir - Politoloq

SİYASƏT bölməsi

15:39 - 16 Fevral 2022

 Putinə qarşı rus ordusu da dirəniş göstərir - Politoloq

Əvvəldən demişdim ki, Rusiya Ukraynanaya hücum edə bilməyəcək. Çünki bunun üçün Rusiyanın hərbi maliyyə və insan resursları kifayət deyil. Rusiya özü də bunu anlayır.

Bu sözləri Yenipress.az-a politoloq Turab Rzayev 16 fevralda nəzərdə tutulan Rusiya-Ukraynaya müharibəsinin baş tutmama səbəblərindən danışarkən deyib.

“Digər tərəfdən Rusiya bu müharibənin arxasını gətirə bilməyəcək. Çünki beynəlxalq ictimaiyyət Rusiyanı aqressiya kimi qəbul edir. Bütün dünyada Rusiya işğalçı kimi tanınır. Hətta Almaniya və Fransa belə müharibə edəcəyi təqdirdə Rusiya ilə münasibətləri kəskinləşdirəcəklərini bildirmişdi. Məsələn, Almaniya Şimal axını-2 layihəsini durdurduğunu elan edib. Həmçinin Rusiya beynəlxalq sanksiyalara məruz qala bilər. Bunun nəticəsində SWIFT sistemindən çıxarılar. Bu da Rusiyada kütləvi aclıq və işsizliyin hökm sürməsinə səbəb olar”, - politoloq bildirib.

O qeyd edib ki, bunun nəticəsində Rusiyadakı Qərblə əlaqləri olan və bütün vəsaitləri Qərb banklarında olan oliqarxlar daxildə Putinə qarşı üsyan edib, onun hakimiyyətinə böyük zərbə vura bilərdi:

“Ukrayna ən son müasir silahlar və kütləvi maliyyə yardımları əldə etdi. Xarici təlimçilər də Ukrayna ordusuna yardım etdilər. Bu özü də onu göstərdi ki, Qərb, xüsusən anqlosaks bloku, ABŞ, Böyük Britaniya və Kanada Ukraynanın arxasından çəkilməyəcək. Hətta Bayden açıq şəkildə bildirdi ki, Ukraynanaya ordu göndərməyəcəklər, lakin bütün anlamlarda Ukraynaya kömək edəcəklər”.

Politoloq bildirib ki, ən əsası Rusiya ordusunun özü də bu avantüradan narazıdır:

“Çünki Rusiya ordusu yeni bir Əfqanıstan yaradılmasını istəmir. Orduya yaxın olan mətbuat orqanlarında da Putinin ambisiyalarına qarşı narazılıq görürük. Rusiya gördü ki, heç bir halda Ukraynanı işğal etmək mümkün deyil və Ukrayna geri çəkilmir. Ona görə də müharibəyə qarşı olan Aİ-nin və Türkiyənin tələblərini, onların sülhyaratma missiyasını qəbul etməyə məcbur oldu”.

Aytəkin Qardaşova

Xəbər xətti


Digər xəbərlər