“Terminator”un aktyorları 39 il sonra – Foto

MAQAZİN bölməsi

23:00 - 2 Mart 2023

 “Terminator”un aktyorları 39 il sonra – Foto

Əfsanəvi “Terminator” filminin bu il artıq 39 yaşı tamam olur. Ceyms Kemeronun fantastik döyüş filmi hələ də kult klassikdir və filmdəki ifadələr xatirələrdə yaşamağa davam edir.

Yenipress.az aktyorların 39 ili əhatə edən dəyişimini təqdim edir:

Arnold Şvatsenegger

“Terminator” obrazını canlandıran aktyor şöhrətinin zirvəsində ikən filmdə rol alıb. Filmdən əvvəl də məşhur olan Şvatseneggerin çəkiliş zamanı 37 yaşı var idi. “Terminator”dan sonra onun populyarlığı daha da artdı və əfsanəyə çevrildi. 5 övladı olan aktyorun hazırda 75 yaşı var.

Linda Hamilton

“Sara Konnor” həyat verən aktrisa “Terminator” filminin çəkilişləri zamanı məşhur deyildi. Lakin kiborqu öldürmək istəyən tələbə rolundan sonra Hamilton karyerasında yüksəliş yaşayır.

Bundan sonra o, bir çox mükafatlar qazanır, “Kinq Konq” filmində rol alır və bir neçə dəfə ailə həyatı qurur. İndi 66 yaşı olan Hamilton kariyerasına davam edir və Malibuda yaşayır.

Maykl Bin

Gələcəkdən gələn “Kayl Riz” obrazını canlandıran aktyor “Terminator” filmində rol aldığı zaman bəxti gətirib. Çəkiliş zamanı Maykl Binin 28 yaşı var idi. Bu rolundan sonra bir çox filmlərə çəkilir. Aktyor döyüş filmlərinə və elmi fantastika filmlərinə çağırılıb. 66 yaşlı aktyorun 5 övladı var. O, üçüncü həyat yoldaşı ilə yaşayır.  2020-ci ildə rol aldığı “Bean The Mandalorian” serialından sonra fasilə verib və nadir hallarda ictimaiyyət qarşısında görünür.

Qeyd edək ki, “Terminator” filmi 1984-cü ildə ekranlaşdırılıb. Film az büdcə ilə ərsəyə gəlib. Lakin Ceyms Kemeron kiborqun hekayəsini o qədər maraqlı göstərə bilib ki, film əfsanəyə çevrilib.

Asena

Xəbər xətti