Naibə Allahverdiyevanın sinəsində şiş aşkarlandı

MAQAZİN bölməsi

13:44 - 2 Mart 2023

 Naibə Allahverdiyevanın sinəsində şiş aşkarlandı

Xalq artisti Naibə Allahverdiyeva süd vəzisində etdirdiyi əməliyyatdan danışıb.

Yenipress.az xəbər verir ki, o, bu barədə "Elgizlə izlə" proqramında söz açıb.

"İnsanlar məni görəndə təəccüblənirlər, görünüşümdə dəyişiklik olub. Məndə əməliyyat zamanı problemlər çıxdı. Estetik gözəllik yaxşıdır. Amma qadınlarda sinədə müəyyən problem yaranır. Sinə əməliyyatını həkim-onkoloqlara həvalə etməlisiniz" - deyə aktrisa bildirib.

Aparıcı Elgiz Əkbər isə aktrisanın sinəsində şiş aşkarlandığını vurğulayıb.

Xəbər xətti