Elgiz “Təhminə” ilə ailə qurmaq istəyənlərə müraciət etdi

MAQAZİN bölməsi

15:48 - 1 Mart 2023

 Elgiz “Təhminə” ilə ailə qurmaq istəyənlərə müraciət etdi

“Təhminə” filmi ilə ölkəmizdə populyarlıq qazanan türk aktrisa Meral Konrat Azərbaycanda yaşamaq istəyir.

Yenipress.az Olay-a istinadla xəbər verir ki, bu barədə “Elgizlə izlə” proqramında aparıcı Elgiz Əkbər danışıb.

O, sənətçinin evi olmadığı üçün izləyicilərə də müraciət edib:

“Meral xanım Bakıya köçmək istəyir, burada yaşayacaq. Onun evi yoxdur. Hazırda oteldə yaşayır. Nə qədər pul qazanmalıdır ki, otelə pul versin.

Bizi eşidirlər, onun pərəstişkarı çoxdur, ev tikən şirkətlər var. Burada yaşaması üçün mənzil lazımdır. İstəyir ki, ölkəmizdə fəaliyyət göstərsin, tələbələr hazırlasın.

Dünən də teatra getmişdik. İkincisi isə gözündə problem var. Həm də ərə getmək məsələsi… Meral xanımla ailə qurmaq istəyənlər gəlsin”.

Xəbər xətti