"Xalq ulduzu"nun iştirakçısı gözəllik salonunda masaj edir, saç kəsir - Video

MAQAZİN bölməsi

11:47 - 16 Fevral 2022

"Xalq ulduzu" müsabiqəsinin iştirakçısı Şəhla Həmidova uzun illərdən sonra görüntülənib.

Yenipress.az Baku.ws-ə istinadən xəbər verir ki, "Günün sədası" proqramının əməkdaşı, jurnalist Vüqar Kamiloğlu Şəhlanın hazırda çalışdığı məkanda olub.

Toylara dəvət almayan Həmidova gözəllik salonunda işçi olaraq çalışır. Aldığı məvaciblə ailəsini dolandırır. Şəhla uzun illərdir kirayələrdə yaşadığını da bildirib:

"Kiminsə evini yıxmıram, torbasını tikmirəm, bir tikə Allah verən halal çörəyimi qazanıram. Hazırda toylara getmirəm, gedənlər də göz qabağındadır. Həmişə deyirəm "üç badam bir qoz" mahnıları oxumayacam. Mən özümə hörmət edən adamam. Üz, boyun masajı edirəm. Burada çalışan xanımların hər birindən nəsə öyrənirəm. Ev ala bilmədim. Kirayədə qalıram".

Ətraflı videoda:

Xəbər xətti