Bakıda ABŞ və Nigeriya vətəndaşları arasında kütləvi dava

KRİMİNAL bölməsi

11:37 - 1 Mart 2023

 Bakıda ABŞ və Nigeriya vətəndaşları arasında kütləvi dava

Bakıda kafedə ABŞ və Nigeriya vətəndaşlarının iştirakı ilə kütləvi dava olub.

Yenipress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən “Boom pub ws grill” kafesində baş verib.

Dava-dalaşda ABŞ vətəndaşı olan 1997-ci il təvəllüdlü K.Almarin, 1988-ci il təvəllüdlü B.Şarrod, Nigeriya vətəndaşları: Bakı Biznes Universitetinin tələbəsi F.Olvvseum, Avrasiya Universitetinin tələbələri A.Arakuekvas, C.Mokvvenei, “Raymont Dirçəliş” futbol klubunun oyunçusu A.Gofsfime, Naxçıvan Dövlət Universitetinin tələbəsi B.Onyekuchaku iştirak ediblər.

Davada xəsarət alan ABŞ vətəndaşı K.Almarin və Nigeriya vətəndaşı, 1984-cü il təvəllüdlü C.Mokvvnei xəstəxanaya aparılıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

O da məlum olub ki, davada iştirak edən ABŞ vətəndaşları basketbolçudurlar. Onlar 2022-ci ildə basketbol klubunda oynamaq üçün Azərbaycana gəliblər.

Hadisənin iki qrup arasında baş vermiş mübahisəyə görə baş verdiyi bildirilir.

Faktla bağlı Binəqədi RPİ-nin 7-ci Polis Bölməsində araşdırma aparılır.

Xəbər xətti