2-ci dozadan 6 ay keçməyib, pasporta "etibarsızdır" yazılıb - Vətəndaş nə etməli?

SAĞLIQ bölməsi

11:18 - 16 Fevral 2022

 2-ci dozadan 6 ay keçməyib, pasporta

Nazirlər Kabinetinin qərarına əsasən, 2-ci doza peyvənd olunma tarixindən 6 ay keçmiş şəxslərin pasportu 15 fevraldan etibarən etibarsız sayılır. Lakin 2-ci dozadan 6 ay keçməyən vətəndaşların covid-pasportunda da etibarlılıq müddətinin 15 fevral tarixində bitdiyi göstərilir.

Yenipress.az Axar.az-a istinadən xəbər verir ki, bu səbəbdən həmin vətəndaşlar iaşə obyektlərinə buraxılmırlar.

Vətəndaşlar bildirirlər ki, 2-ci doza vaksinin 6 ayı tamam olmadığına görə tibb müəssislələri buster dozanı vurmur. Həmin vətəndaşlara həmçinin portal üzərindən vaksin növbəsi də verilmir.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış saytımıza açıqlamasında bildirib ki, 2-ci dozadan 5 ay keçəndən sonra vətəndaş buster doza vurdura bilər:

“Qərarı Nazirlər Kabineti verir. TƏBİB icra edir. Cərimələrlə bağlı məsələlərə isə Daxili İşlər Nazirliyi baxır. Bu mövzuda vətəndaşlara güzəşt olunub-olunmayacağı da DİN-dən asılıdır”.

DİN-nin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev isə saytımıza bildirib ki, DİN Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən qərarlara əsasən, karantin rejimi qaydalarına uyğun tədbirləri icra edir:

“NK-nın bununla bağlı qərarı çərçivəsində tədbirlər icra olunur. Həmin qərarda xüsusi karantin dövrünün fevralın 15-dən sonra hansı hallarda və hansı formada tətbiqi konkret göstərilib”.

Xəbər xətti