Rəşad Dağlının 4 aylıq həbs müddəti başa çatır: Qərar nə olacaq?

MAQAZİN bölməsi

12:16 - 28 Fevral 2023

 Rəşad Dağlının 4 aylıq həbs müddəti başa çatır: Qərar nə olacaq?

Ötən il noyabrın 9-da qətl törətdiyi üçün həbs edilən meyxanaçı Rəşad Dağlı barəsində seçilmiş 4 aylıq həbs qətimkan tədbirinin başa çatmasına bir neçə gün qalıb.

Yenipress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, yaxın günlərdə onun barəsindəki istintaqın tamamlanacağı və işin məhkəmə baxışına veriləcəyi gözlənilir.

Məsələ ilə bağlı meyxanaçının vəkili Bəhruz Xıdırovla əlaqə saxlasaq da, heç bir açıqlama vermək istəmədiyini bildirib.

Baş Prokurorluğun Mətbuat xidmətdindən qeyd edildi ki, hazırda ibtidai istintaq davam etdirilir və digər xüsusatlar üzrə əlavə məlumat veriləcək.

Qaradağ Rayon Məhkəməsindən isə Rəşad Dağlının həbs müddətinin uzadılması ilə bağlı məhkəməyə hər hansı təqdimatın daxil olmadığı deyilib.

Xatırladaq ki, Rəşad Dağlının qətl törətməsi cəmiyyətdə böyük rezonans doğurmuşdu. Tanınmış meyxanaçı 2022-ci il noyabrın 9-da Bakıdakı toy məclisindən çıxandan sonra qonşusu İskəndər Mehtiyevlə aralarındakı mübahisəyə aydınlıq gətirmək üçün öz maşını ilə onu evdən götürüb Lökbatan dairəsi yaxınlığına aparmışdı. Maşınında onu 14 bıçaq zərbəsi ilə qətlə yetirdikdən sonra aşağı atmış və polis bölməsinə gedərək təslim olmuşdu.

Qeyd edək ki, hadisə baş verən zaman İsgəndər Mehtiyev 2 həftədir ki, həbsdən çıxıbmış. O narkotik ticarətinə görə, əvvəllər dəfələrlə həbs həyatı yaşayıb. 43 yaşlı Mehtiyev digər məşhur meyxanaçı Ələkbər Yasamallının qohumudur.

Rəşad Dağlının barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti martın 9-da başa çatır.

Xəbər xətti


Digər xəbərlər