"Avroviziya"da Azərbaycanı o təmsil edəcək

MAQAZİN bölməsi

10:14 - 16 Fevral 2022

“Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək şəxsin adı açıqlanıb.

Bu barədə Yenipress.az-a İctimai Televiziya və Radio Yayımları Şirkətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanı İtaliyanın Turin şəhərində "Səs Azərbaycan" müsabiqəsinin qalibi, ifaçı Nadir Rüstəmli təmsil edəcək.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, tanınmış bəstəkar İsa Məlikov bildirib ki, seçim üçün 300-dən çox mahnı təqdim edilib: "Hər zaman olduğu kimi, janrdan asılı olmayaraq, gözəl və peşəkar mahnı axtarmağa çalışırıq. Özümüzə sadiq qalaraq, mahnı seçimində bu il də ilk növbədə onun ifaçının səsi və ifa tərzi ilə nə dərəcədə uzlaşacağına önəm verəcəyik. Seçim prosesi mart ayının 2-ci həftəsində başa çatacaq və mahnı elan olunacaq".

Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı "The sound of beauty" ("Gözəlliyin səsi") olan "Avroviziya-2022" mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 10 və 12-də, final mərhələsi isə mayın 14-də "PalaOlimpico"da baş tutacaq.

Xəbər xətti