Ermənilər Qarabağda səngər qazmaq istədi, dərhal qarşısı alındı - Rəsmi

GÜNDƏM bölməsi

20:00 - 15 Fevral 2022

 Ermənilər Qarabağda səngər qazmaq istədi, dərhal qarşısı alındı - Rəsmi

Fevralın 15-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntıların aparılması tərəfimizdən müşahidə edilib.

Yenipress.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

"Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlərin qarşısı dərhal alınıb", - məlumatda qeyd edilib.

Xəbər xətti


Digər xəbərlər