10:43
Azərbaycanın xalq artisti Emin Ağalarov fevralın 26-da Rusiyada konsert verəcək.
Yenipress.az xəbər verir ki, bu barədə elan sosial şəbəkədə paylaşılıb.
Konsertin 19:00-da Samara vilayətində keçiriləcəyi qeyd olunub.
Qeyd edək ki, fevralın 26-sı tarixin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının ildönümüdür.
***
Emin Ağalarovun Rusiyada keçirəcəyi konsert proqramına dəyişiklik edilib.
Belə ki, onun fevralın 26-da Rusiyanın Samara vilayətində keçirilməsi nəzərdə tutulan konsertinin elanı siyahıdan silinib.