Quru sərhədləri niyə açılmır? - İqtisadçı tənqid etdi

TOPLUM bölməsi

18:57 - 21 Fevral 2023

 Quru sərhədləri niyə açılmır? - İqtisadçı tənqid etdi

Bütün Dünya artıq “karantin”, “koronavirus”, “məhdudiyyətlər” kimi absurd yanaşmalardan imtina edib, dünyada quru sərhədləri rəsmən bağlı olan heç bir ölkə yoxdur, hətta Türkmənistan və Ş.Koreyada da sərhəd bağlı deyil, xüsusi icazə ilə sərhərddi keçmək mümkündür.

Yenipress.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli bildirib.

O, dünyada pandemiya qərarının ləğv edilməsinin proqnozlaşdırıldığı bir vaxtda ölkəmizdə quru sərhədlərinin açılmamasını tənqid edib.

"Mart ayında ciyanətkar təşkilat olan ÜST-ün öz axmaq və absurd “pandemiya” qərarını ləğv edəcəyi gözlənilir – bir tək Azərbaycan hökuməti dirəşib ki, yox e, pandemiya var, karantin olmalıdır, quru sərhədləri də bağlı saxlamaq lazımdır! Martda ÜST "pandemiyanı" ləğv etsə, bizim hökumət nə deyəcək?! Ölkədə aktiv xəstə sayı da 100 nəfərdən bir az çoxdur, deməli quru sərhədləri “pandemiya” bəhanəsi ilə qapalı saxlamaq məntiqsizlikdir, yaxşı, səbəbi nədir?! Əgər AZAL-ın pul qazanmasıdırsa, bu da inandırıcı deyil – zatən AZAL büdcədən onmilyonlarla dotasiya alır, zatən inhisarçıdır, zatən qazanır. Əgər daxili turizm obyektlərinin pul qazanması marağıdırsa, bu da absurddur – ölkədə böyük holdinqlərə məxsus otellər də büdcə hesabına kef edirlər və onların qazancı turizmdən (korrupsiya və büdcəni sökməklə müqayisədə) o qədər azdır ki, məmur-oliqarxlar üçün heç “semiçka pulu” da deyil, həm də quru sərhədlər açılsa daha çox turist gələcək ki, zatən otellər daha çox qazana biləcəklər. Yaxşı, bu işin sirri nədir?! Əgər təhlükəsizliklə bağlı çəkincələrdirsə, bunu da anlamıram – məgər Gürcüstan, Ermənistan bizdən güclü ölkələrdimi ki, quru sərhədlərini açıq tutublar və xarici təsirlərdən çəkinmirlər?! Axı bizim dövlət onlardan daha dayanıqlı və güclüdür – təhlükəsizliyi sərhədlərin qapalı olmasından asılı olacaq qədər zəif deyilik!"

Xəbər xətti