Şestoy Vüsal saxlanıldı - Video

KRİMİNAL bölməsi

09:45 - 21 Fevral 2023

 Şestoy Vüsal saxlanıldı - Video

Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan şəxs tutulub, ondan silah götürülüb.

DİN-dən Yenipress.az-a verilən məlumata görə, Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin keçirdiyi əməliyyat nəticəsində paytaxt sakini Vüsal Əliyev tutularaq istintaqa təqdim edilib. Ondan 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd patron və həmin silaha məxsus 1 ədəd daraq aşkar edilib. V. Əliyev odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Həbs edilən Vüsal Əliyev kriminal dairələrdə “Şestoy Vüsal” adı ilə tanınıb. Onun Binəqədi və Nəsimi rayonlarının müəyyən hissələrində nüfuz sahibi olduğu bildirilir.

Xəbər xətti


Digər xəbərlər