Hicabı çıxartdığıma görə peşman deyiləm

İDMAN bölməsi

12:56 - 16 Fevral 2023

 Hicabı çıxartdığıma görə peşman deyiləm

Etiraz hərəkatını dəstəklədiyimə və yarışa hicabsız çıxdığıma görə peşman deyiləm.

Yenipress.az xəbər verir ki, bunu Qazaxıstanda keçirilən şahmat üzrə dünya çempionatına hicabsız qatılan iranlı şahmatçı Sara Xadim əş-Şəriyyə İspaniyaya mühacirətdən  sonra ”Röyters” xəbər agentliyinə müsahibəsində deyib.

“Həbsimə dair orderin verilməsi başıma gələ biləcək ən dəhşətli şeydir və bu, mənim İrana geri dönməyimə mane olub. Biz şahmatçılar həmişə növbəti gedişin nə olacağını təxmin etməliyik. Lakin bu mənim təxmin edə biləcəyim bir şey deyildi”, -  xanım Xadim əş-Şəriyyə deyib.

Qeyd edək ki, İran hakimiyyəti şahmatçıdan etdiyi hərəkətdən  peşman olduğunu ifadə edən videonu çəkib paylaşmağı tələb edib və bunun müqabilində ölkəyə qayıtmaq icazəsinin veriləçəyini bildirib.

Xəbər xətti