Madonna Türkiyədəki dəhşətli zəlzələdən yazdı

MAQAZİN bölməsi

09:39 - 15 Fevral 2023

 Madonna Türkiyədəki dəhşətli zəlzələdən yazdı

Sevgililər günündə hər kəs sevgidən danışır! Bütün sevgimizi, şəfa enerjimizi bu genişmiqyaslı zəlzələdə böyük itki və dağıntılardan əziyyət çəkən Türkiyə və Suriyaya göndərək. Çoxları orada evlərini, iş yerlərini, eləcə də yaxınlarını itirdi. Şəhərlər tamamilə dağılıb. Bu, çox kədərlidir!

Yenipress.az xəbər verir ki, bu sözləri məşhur müğənni Madonna İnstaqram hesabında yazıb.

Müğənni həmçinin yardım etmək üçün ən yaxşı yerin ahbap.org olduğunu bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün verdiyi açıqlamasında zəlzələ nəticəsində 35 min 418 nəfərin həlak olduğunu açıqlayıb.

Yenipress.az

Xəbər xətti