Yevlaxda qaraçılar arasında dava: bir nəfər öldü

KRİMİNAL bölməsi

10:50 - 14 Fevral 2023

 Yevlaxda qaraçılar arasında dava: bir nəfər öldü

Yevlax rayonunda ölümlə nəticələnən davanın səbəbi məlum olub.

Yenipress.az xəbər verir ki, hadisəyə səbəb iki qohumun bir birinə söyüş söyməsi səbəb olub

Məlumata görə, Yevlax rayon sakini Amin Əsədovla qohumu Təbriz Abdullayev mübahisə mübahisə edib. Mübahisə nəticəsində T. Abdullayev A.Əsədova söyüş söyüb. A. Əsədov da söyüşə görə T.Abdullayevi döyüb.

Hadisə zamanı T.Abdullayev evə qayıdaraq bıçaq götürüb hadisə yerinə qayıdıb, özü ilə gətirdiyi mətbəx bıçağı ilə A.Əsədova bir neçə zərbə endirərək onu qətlə yetirib.

Hadisə barədə xəbər tutan A.Əsədovun atası Ramil Əsədov A.Abdullayevin evinə gəlib. Bu vaxt A.Abdullayev evində R.Əsədovun da bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb.

Məlumata görə, tərəflər yaxın qohumdurlar və qaraçılardır.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) maddələri ilə cinayət işi başlanıb.

Keçirilən əməliyyat -axtarış tədbirləri nəticəsində rayon sakinləri — 1985-ci il təvəllüdlü Afət Abdullayev və onun oğlu 2004-cü il təvəllüdlü Təbriz Abdullayev saxlanılaraq istintaqa təhvil verilib.

Xəbər xətti


Digər xəbərlər