Bakıda gecə klubunda 4 qadın döyüldü - DİN

KRİMİNAL bölməsi

09:34 - 13 Fevral 2023

 Bakıda gecə klubunda 4 qadın döyüldü - DİN

Bakının Nəsimi rayonu ərazisindəki gecə klubunda baş verən kütləvi dava ilə bağlı araşdırmalara başlanıb.

Bu barədə Yenipress.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, qeyd edilən hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır.

Xatırladaq ki, paytaxtın Nəsimi rayonu ərazisində "Hiss" gecə klubunda kütləvi dava olub. Dava zamanı 4 qadın döyülüb.

Xəbər xətti